Dövlət Xidmətinin rəisindən "vicdansız tender komissiyası üzvü" açıqlaması
Azərbaycanda dövlət satınalmaları ilə bağlı problemlərin həll olunması üçün bütün dövlət təşkilatları öz işini vicdanla görməlidir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsinin müzakirəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
"Dövlət təşkilatında vicdansız tender komissiyasının üzvü oturubsa, onu ifşa etmək çətin olur. Biz hər otağa kamera qoya bilmərik. Təşkilatlarda insanlar öz işini vicdanla yerinə yetirməyənə qədər problemlərin həlli yarımçıq olacaq", - deyə xidmət rəisi bildirib.
“Dövlət satınalmaları sahəsində kifayət qədər problemlər var”
"Azərbaycanda dövlət satınalmaları sahəsində əldə olunan nailiyyətlərə baxmayaraq qanunvericiliyin qeyri-mükəmməl olmasından irəli gələrək hazırda kifayət qədər problemlər var", - Məmməd Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, dövlət satınalmalarına nəzarət çərçivəsində böyük problemlərlə rastlaşılıb: “Keçən il dövlət təşkilatlarının davranışlarında yol verildiyi qanun pozuntuları ilə bağlı 14 %-ə yaxın protokol ləğv edilib".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)



