“EY Dünya üzrə İlin İş adamı 2023” müsabiqəsinin qalibi elan edildi
(®) “EY” şirkəti dünyada iqtisadiyyat və icmalar üçün uzunmüddətli dəyər yaradan, hədəflərə doğru inamla irəliləyən və ətrafdakıları ilhamlandıran sahibkarları mükafatlandırır. Bu təşəbbüskar və uzaqgörən sahibkarlar 6-9 iyun tarixində Monakoda Dünya üzrə İlin İş adamı adı uğrunda mübarizə aparıblar. Müsabiqənin bu ilki qalibi Tayvanın GlobalWafer şirkətinin başçısı Doris Hsü (Doris Hsu) olub.
Qalib “EY” şirkətinə aid olmayan və dünyanın nüfuzlu şirkətlərinin rəhbərləri və biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən seçilib.
Azərbaycanı müsabiqənin beynəlxalq mərhələsində Simbrella şirkətinin baş direktoru və təsisçisi Seymur Məmmədov təmsil edərək dünyanın ən qətiyyətli və yenilikçi iş adamları sırasında yer alıb.
Seymur Məmmədov “EY” şirkətinin Azərbaycanın iş adamları arasında artıq dördüncü ildir ki, keçirdiyi “İlin İş Adamı” müsabiqəsinin 2023-cü il üzrə qalibidir. O, bu mötəbər müsabiqədə qələbəsini belə dəyərləndirib: “Bu müsabiqədə iştirak edən sahibkarların hər biri qalib olmağa layiq idi. Onlarla birlikdə finalda iştirak etmək mənim üçün bir şərəfdir. Seçilməyimi gözləməsəm də bu, mənim üçün çox sevindirici və qürurverici idi. Qalib elan olunduğum zaman ikili hisslər yaşadım. Biz bu qəbildən olan müsabiqələrin bir növ subyektiv xarakter daşıdığını da anlayırıq. Çünki müsabiqə iştirakçılarının dəyərləndirilməsi meyarları fərqli ola bilər. Bu baxımdan özümü şanslı hesab edirəm və düşünürəm ki, mən müsabiqənin hazırkı meyarlarına uyğun gəlmişəm”.
“EY İlin İş Adamı” müsabiqəsi haqqında
“EY” şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatlarından biri sayılan “EY İlin İş Adamı” proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır. Öz sahəsində ilk qlobal mükafat proqramı olaraq, “EY İlin İş Adamı” 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran sahibkarları üzə çıxarır və sağlam rəqabəti təşviq edir. Onların yenilikçi fəaliyyəti və məqsədlərə sadiqliyi ətrafdakıları həvəsləndirərək daha yaxşı iş dünyasının qurulmasına töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)





.jpg)


