Naxçıvanda vergi və digər güzəştlər tətbiq ediləcək
Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın sürətləndirilməsi və iqtisadi canlanmanın təşviqi üçün əlverişli biznes mühitinin formalaşdırılması bu sahədə prosedurların sadələşdirilməsi və asanlaşdırılması məqsədilə tədbirlərin icrası vasitəsilə həyata keçiriləcəkdir.
Marja xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Qeyd edilib ki, burada azad iqtisadi zonanın yaradılması ticarət və logistika imkanlarını genişləndirməklə Naxçıvan Muxtar Respublikasının investisiya cəlbediciliyini artıracaq və iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə verəcəkdir.
Həmçinin hüquqi və fiziki şəxslərə vergi və digər güzəştlərin tətbiq edilməsi ilə özəl sektorun inkişafına nail olunacaqdır.
Bundan başqa, sosial sığorta ödənişlərinin tam və ya qismən dövlət tərəfindən subsidiyalaşdırılması nəzərdən keçiriləcəkdir.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər görüləcəkdir. Ölkədə fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının Naxçıvan Muxtar Respublikasında da filiallarının açılması ilə əhalinin, o cümlədən sahibkarların bank xidmətlərinə çıxışı asanlaşacaq, əhalinin və sahibkarların sığorta savadlılığının artırılması və sığorta xidmətlərinə əlçatanlığının inkişafı məqsədilə müvafiq tədbirlər görüləcək, sahibkarlığın inkişafı, innovativ texnologiyaların tətbiqinin stimullaşdırılması üçün güzəştli kreditlərin verilməsi, təşviqat işlərinin aparılması və digər maliyyə dəstəyi tədbirləri həyata keçiriləcəkdir.
Eyni zamanda, sahibkarlıq subyektlərinə göstərilən xidmətlər vahid yanaşmada və mərkəzləşdirilmiş qaydada təşkil ediləcək, gömrük sərhəd buraxılış məntəqələrində keçidin sürətləndirilməsi və yükötürmə qabiliyyətinin artırılması istiqamətində işlər aparılacaqdır.
İxracyönlü sənayenin inkişafı
İxracyönlü sənaye sahəsində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlıq artacaq, istehsal olunmuş sənaye məhsullarının keyfiyyəti yüksələcək, həmçinin yeni iş yerləri yaradılacaqdır.
Naxçıvan Muxtar Respublikasında dövlət sənaye sahəsinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirak edəcək, Şərur Sənaye Məhəlləsinin fəaliyyətə başlaması təmin ediləcək, Naxçıvan Muxtar Respublikasında Sənaye Parkı yaradılacaq, istehsal olunan sənaye məhsullarının xarici bazarlara ixracı stimullaşdırılacaq, ixrac potensialının artırılmasına töhfə verən rəqabətqabiliyyətli sənaye sahələrinə dövlət dəstəyi və investisiyalar cəlb olunacaq, innovasiyalar, habelə dövlət–özəl tərəfdaşlığı ilə bu sahədə resurs və xidmət təminatı gücləndiriləcəkdir.
Naxçıvan Muxtar Respublikasında mövcud olan iri müəssisələrin istehsal məhsullarının həm ölkədaxili satışının dəstəklənməsi, həm də xarici bazarlara çıxışının artırılması istiqamətində tədbirlər həyata keçiriləcəkdir. Bununla yanaşı, mövcud olan təbii ehtiyatlar və xammal bazası əsasında sənaye sahələrinin yaradılması imkanları genişləndiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
16 d. əvvəl
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
-
-
23 d. əvvəl
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda - "Kristal!"
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 18 saat əvvəl
-
18 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
19 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 19 saat əvvəl
-
19 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib




















