1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ADY-də qeyd edildi
Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər(®) “Azərbaycan Dəmir Yolları” QSC Bakı Dəmiryol Vağzalında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mən dəmiryolçu övladıyam!” adlı tədbir təşkil edib. ADY-nin təşəbbüsü ilə keçirilən tədbirdə ilk dəfə olaraq dəmiryolçu övladları valideynlərinin iş yerləri, o cümlədən vağzal və qatarların iş prinsipi ilə tanış olmaq imkanı qazanıblar.
Ümumilikdə tədbirdə ADY-nin II Qarabağ müharibəsində şəhid olmuş əməkdaşlarının və Vətən Müharibəsi iştirakçılarının uşaqları da daxil olmaqla 500-ə yaxın dəmiryolçu övladı iştirak edib.
Uşaqların yüksək texnologiyalara olan marağı nəzərə alınaraq tədbir çərçivəsində Bakı Dəmiryol Vağzalında pilotsuz uçuş aparatları, planer, roboteks sahələrinə aid guşələr hazırlanıb.
Eyni zamanda, onlar gənc cüdoçuların tatami üzərində məşqlərini izləməklə yanaşı, bu idman növü haqqında məlumat da əldə ediblər. Əlavə olaraq bədii qiraətə marağın artırılması istiqamətində tanınmış nağıl müəllifləri ilə görüşlər təşkil olunub, animatorların iştirakı ilə maraqlı oyunlar keçirilib.
Tədbirin keçirilməsində Milli Aviasiya Akademiyasının “Teknofest-2022” festivalının qaliblərinin, ‘’AzeRobot Education’’ Robototexnika tədris mərkəzinin və Azərbaycan Cüdo Federasiyasının iştirak etməsi bayramın yadda qalan olmasına xüsusi töhfə verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
3 d. əvvəl
Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
-
- 8 d. əvvəl
- 12 d. əvvəl
-
12 d. əvvəl
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
- 33 d. əvvəl
-
1 saat əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 1 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
İsrail İranda neft-kimya şirkətinə zərbə endirib
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
Paşinyan qələbəsini elan edib
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Ən çox oxunanlar
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib






















