"ARDNF-dən büdcəyə transfertlər 5 illik minimuma düşüb"
2022-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin məbləği 11 517,5 milyon manat proqnoza qarşı 3 594,5 milyon manat az və yaxud 7 923 milyon manat icra edilib ki, bu da son 5 ilin ən aşağı göstəricisidir, büdcə gəlirlərinin artmasının nəticəsidir.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında, "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə ötən il büdcə gəlirləri 29 197,8 milyon manat proqnoza qarşı 30 679,6 milyon manat, yəni 1 481,8 milyon manat və yaxud 5,1 % cox icra olunub.
"Gəlirlərin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 15 350 milyon manat təşkil edib ki, bu da proqnozdan 1 689,7 milyon və yaxud 12,4 % çox olub. Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin artması onun dövlət büdcəsinin ümumi gəlirlərində xüsusi çəkisini nəzərdə tutulmuş 47 %-dən 50 %-ə qədər artırınb.
Hesabat ilində dövlət büdcəsinin neft sektoru üzə daxilolmaları 15,329.6 milyon manat olub ki, bu da proqnozdan 145,2 milyon manat azdır. Neft sektoru üzrə büdcə gəlirlərinin dövlət büdcəsinin ümumi gəlirlərində xüsusi çəkisi nəzərdə tutulmuş 53 %-dən 50 %-ə qədər azalıb.
2022-ci ildə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalar 15 543 milyon manat olub ki, bu da proqnozdan 3 803,2 milyon manat çoxdur. Qeyd etmək istərdim ki, proqnozdan artıq daxil olan bu 3,8 milyard manatın 3,4 milyard manatı neft sektorundan vergi daxilolmalarının artması hesabına baş verib. Neftin qiymətinin təsdiq edilmiş qiymətdən 21,9 %, təbii qazın qiymətinin isə 2 dəfə çox olması bu sahələrdən vergi daxilolmalarını artırıb. Eyni zamanda iqtisadiyyatın sektorları üzrə inflasiya hesabına dövriyyələrin artması da vergi daxilolmalarının artımına səbəb olub.
Dövlət büdcəsinə daxil olan vergilərin 52,3 %-i, yəni 8 136,3 milyon manatı qeyri-neft sektorunun, 47,7 %-i, yəni 7 406,6 milyon manatı isə neft sektorunun payına düşür. Eyni zamanda, vurğulamaq istərdim ki, 2022-ci ildə vergi orqanları xətti ilə 495,9 milyon manat artıq ödənilmiş vəsait geri qaytarılıb.
Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar isə 5 654,6 milyon olub ki, bu da proqnozdan 1 049,6 milyon manat çoxdur. Artım əsasən idxalın həcminin 24,2 % artması ilə izah olunur.
Büdcət təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar isə 834 milyon manat proqnoza qarşı 804,1 milyon manat, yəni 29,9 milyon manat az təşkil edib.
Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərin məbləği 130,7 milyon manat təşkil edib.
Dövlət maliyyə nəzarəti tədbiləri nəticəsində ümumilikdə 60 milyon manatdan çox vəsiat dövlət büdcəsinə bərpa olunub",- deyə o qeyd edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
13 d. əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
-
14 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
-
2 saat əvvəl
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Ən çox oxunanlar
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Bank aviabilet alır - TENDER
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Sıfır xərclə ticarət mümkündür?

















