Azərbaycan alpinisti ABB-nin dəstəyi ilə tarixi səfərinə başladı!
(®) Everesti (8848 metr) fəth etmiş ilk Azərbaycan alpinisti olan İsrafil Aşurlı bu dəfə də 8485 metr hündürlüyündə Makalu zirvəsini fəth etmək üçün Nepala yola düşüb. O, qarşısına çox böyük hədəf qoyub. İsrafil Aşurlı dünyanın ən hündür 14 zirvəsində dövlət bayrağımızı ucaltmaq niyyətindədir.
Layihə “Zəfər tacı” devizi ilə həyata keçirilir və Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə həsr olunub. Ölkəmizdə idmanın inkişafına ardıcıl kömək göstərən ABB Azərbaycan alpinistinin bu təşəbbüsünə dəstək verir. Sözügedən 14 zirvə bütün dünyada alpinizmlə məşğul olan şəxslərin xəyalıdır.
Həmin zirvələr Himalay və Qaraqorum dağ silsilələrində yerləşir və “Dünya tacı” adlanır. Hər birinin hündürlüyü 8 min metrdən yüksəkdir. Bunlar Everest (Nepal, Çin), Çoqori (K2, Pakistan, Çin), Kançencanqa (Nepal, Hindistan), Lxotsze (Nepal, Çin), Makalu (Nepal, Çin), Ço-Oyu (Nepal, Çin), Dxaulaqiri (Nepal), Manaslu (Nepal), Nanqaparbat (Pakistan), Annapurna (Nepal), Qaşerbrum I (Pakistan, Çin), Broud-Pik (Pakistan, Çin), Qaşerbrum II (Pakistan, Çin), Şişabanqma (Çin) zirvələridir. Həmin zirvələrin hamısını fəth etmiş alpinist karyerasının ən böyük nailiyyətini qazanmış sayılır.
Onu da qeyd edək ki, tarix boyu bütün dünyada bu zirvələrin hamısına 20 ölkədən cəmi 44 alpinist qalxa bilib. İsrafil Aşurlı isə bu zirvələrdən 5-i artıq fəth edib. Makalu bu sırada 6-ci olacaq. 2025-ci ilə qədər o, bütün zirvələrin fəthini başa çatdırmağa qərarlıdır. Əgər 14 zirvənin hamısını fəth edə bilsə, İsrafil Aşurlı Cənubi Qafqaz regionunda belə bir nailiyyəti qazanmış ilk alpinist kimi adını tarixə yazacaq.
Bankın səyahətsevərlər üçün nəzərdə tutulmuş ABB miles kartı səfərboyu Azərbaycan alpinistinin ödənişlərini asanlaşdırır. Üstəlik, onun nağdsız ödənişlərindən topladığı millər növbəti səfərlərinin daha az xərclə başa gəlməsinə kömək göstərir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
3 d. əvvəl
Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
-
- 8 d. əvvəl
- 12 d. əvvəl
-
12 d. əvvəl
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
- 33 d. əvvəl
-
1 saat əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 1 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
İsrail İranda neft-kimya şirkətinə zərbə endirib
Tramp: FED-in faiz artırması yanlış olar
Qızıl daha da ucuzlaşıb
Paşinyan qələbəsini elan edib
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Ən çox oxunanlar
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib



















