Naxçıvanda Vergi ödəyicilərinə xidmət mərkəzi istifadəyə verildi
Naxçıvan Muxtar Respublikasının (MR) Naxçıvan şəhərində Vergi ödəyicilərinə xidmət mərkəzinin açılışı olub.
Dövlət Vergi Xidmərinin yaydığı məlumatda bildirilir ki, Mərkəzin açılışı ilə əlaqədar muxtar respublikaya səfər edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə çiçək dəstələri düzüb. Daha sonra DVX rəisi Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb.
Görüşdən sonra Naxçıvan Vergi ödəyicilərinə xidmət mərkəzinin açılışı mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Naxçıvan MR hökumətinin və Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxsləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərkəzin açılışında çıxış edən muxtar respublikanın baş naziri Səbuhi Məmmədov müxtəlif təyinatlı xidmət mərkəzlərinin qurulmasının vətəndaş məmnunluğunun təmin olunmasına xidmət etdiyini bildirib. Vergi ödəyicilərinə xidmət mərkəzinin yerli sahibkarların məlumatlandırılması işinə böyük töhfə verəcəyini qeyd edən baş nazir son dövrlərdə muxtar respublikanın vergi sistemində aparılan struktur və inzibatçılıq islahatlarına toxunub. Bildirib ki, 2023-cü ildə vergi daxilolmalarında və yeni qeydə alınan sahibkarların sayında əhəmiyyətli artımlar müşahidə olunur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli ulu öndər Heydər Əliyevin 100 illiyi ərəfəsində Vergi ödəyicilərinə xidmət mərkəzinin açılışının muxtar respublikanın biznes mühitində mühüm hadisə olduğunu bildirib, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılmasına xidmət etdiyini vurğulayıb. Qeyd edib ki, hazırda ölkə üzrə müasir standartlara cavab verən 58 belə xidmət mərkəzi uğurla fəaliyyət göstərir. Bu mərkəzlər sahibkarlara hesabatların göndərilməsində, vergi qanunvericiliyi sahəsində maarifləndirmə prosesində, müxtəlif vergi xidmətlərinin əldə edilməsində böyük dəstək göstərir.
Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov bildirib ki, vergilərin könüllü ödənilməsi sisteminin gücləndirilməsi, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması, vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi və daha əlçatan olması məqsədilə Naxçıvan şəhərində ilk dəfə olaraq Vergi ödəyicilərinə xidmət mərkəzi istifadəyə verilib. Mərkəz geniş funksiyalara malik olmaqla sahibkarlara vergi sahəsi üzrə bütün xidmətləri göstərəcək.
Yeni istifadəyə verilən Vergi ödəyicilərinə xidmət mərkəzində sahibkarlara vergi uçotuna alınmaq, vergi qanunvericiliyinin tətbiqi, vergi bəyannamələrinin tərtib edilməsi və göndərilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılması və Asan İmza sertifikatlarının verilməsinə dair xidmətlər göstəriləcək. Həmçinin, müraciət edənlərə büdcəyə olan borclarının öyrənmək və öz şəxsi vərəqələrinə nəzər salmaq imkanı yaradılıb. Sabit vergi ödəyən fiziki şəxslər sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzi də xidmət mərkəzindən əldə edə biləcəklər.
Qarşıdakı dövrdə muxtar respublikada fəaliyyət göstərən vergi ödəyiciləri üçün vergi xidmətlərinin əlçatanlığının artırılması və könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunması məqsədilə xidmət mərkəzləri şəbəkəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.
Sonda tədbir iştirakçıları Xidmət Mərkəzinin texniki imkanları və vergi ödəyiciləri üçün yaradılan şəraitlə tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
8 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
9 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
10 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















