Mərkəzi Bankın sədrindən səmimi etiraf: "Səbəb banklardakı artıq vəsaitlərdir"
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərə səmimi şəkildə etiraf edib ki, daha çox şirkətin istiqraz buraxmamasının əsas səbəbi banklardaki izafi (artıq) vəsaitlərdir.
Marja.az xəbər verir ki, Taleh Kazımov deyib:
"Banklardakı izafi likvidliyi təhlil etmişik, səbəbini biz bilirik. Bunun üzərində işlərimiz gedir. Sizə səmimi deyim; şirkətlər tərəfindən istiqraz buraxılışlarının az olmasının səbəblərindən birincisi bank sektorunda böyük likvidliyin olmasıdır. Kapital bazarlarında aktivliyin aşağı olmasının səbəblərindən biri budur. Hüquqi şəxs vəsait cəlb etmək üçün istiqraz buraxmaq istəyəndə, banka da müraciət edib kredit götürə bilər. Əgər şirkət kapital bazarında istiqraz emissiya edə bilirsə, bu o deməkdir ki, korporativ idarəetməsi, maliyyə hesabatlılığı hamısı düzdür. Belə olan halda rahat şəkildə bankdan da borc götürə bilər. Bəs nə vaxt şirkətlər kapital bazarına üz tutacaqlar?! Mənim fikirimcə, həm bankların likvidliyi az olanda, həm də kapital bazarında böyük investor bazası olanda, hansı ki, sərmayə yatırmağa hazırdırlar. Sözsüz ki, kapital bazarlarından maliyyələşmək istəyən şirkətlər də özlərinin maliyyə hesabatlılığını şəffaf qurmalıdırlar, korporativ idarəetməni təkmilləşdirməlidirlər".
Mərkəzi Bankın sədri əlavə edib ki, hazırda banklarda izafi likvidlik 5 milyard manata yaxındır:
"Kapital bazarı bank sektoru ilə böyük rəqabətdədir. Çünki təxminən hazırda banklarda 4,5-5 milyard manat civarında sərbəst vəsaitlər var. Banklar bu vəsaitləri hüquqi şəxslərə kredit kimi verməyə hazırdırlar. 5 milyard manat kifayət qədər böyük məbləğdir. Burada (izafi likvidliyin azaldılması üçün - red) kreditlərə də tələbin artmasını formalaşdırmaq lazımdır. Biz Mərkəzi Bank olaraq həmin izafi vəsaitləri sterilizasiya etməklə çalışacağıq ki, kapital bazarları da banklar ilə kreditləşmədə rəqabət apara bilsin. Banklarda likvidlik azalarsa, kredirləşmənin də sürəti azalacaq. Biz belə fərz edirik ki, bu zaman hüquqi şəxslər alternativ bazara - kapital bazarlarına - Bakı Fond Birjasına gələcəklər. Bu gün Bakı Fond Birjasında əsas investorlar banklar və sığorta şirkətləridır. Yəni kimdə pul var. Bizim əhalidə kifayət qədər vəsaitlər var. Çalışırıq ki, tələb tərəfini inkişaf etdirək. Biz fərdi investorların sığortalanması mexanizmi üzərində çalışırıq. İnvestorlar rahat olmalıdırlar ki, onların investisiyaları investisiya şirkətlərinin müflis olmasından sığortalıdır. Bakı Fond Birjasının, Milli Depozit Mərkəzinin sistemləri də dəyişib, yeni qabaqcıl sistemlərdir. Bu da bazar iştirakçılarına imkan yaradır ki, artıq rəqəmsal kanalar ilə fərdi investorlara xidmətlər göstərsinlər. Tələb tərəfdə biz investor bazasını genişləndirməliyik. Təklif tərəfdə - hüquqi şəxslər, hansı ki, istiqraz və səhm emissiya edərək borc almaq istəyirlər, gərək Bakı Fond Birjasında investor bazası olsun. Ölkəmizdə yerli kredit reytinqi agentliyinin açılması müzakirə olunur. Hal-hazırda hüquqi, texniki və maliyyə analizləri aparılır. İnanıram ki, bu da kapital bazarının inkiaşfına böyük bir töhfə verəcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
11 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
11 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
13 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI




















