Sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektlərinin nəzərinə!
KOB subyektlərinin məhsullarının tanıdılmasına dəstək məqsədilə “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində xüsusi stend qurulacaq.17-19 may 2023-cü il tarixlərində Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (“İnterFood Azerbaijan”) sərgiləri keçiriləcək.
Sərgilərdə bitkiçilik, baytarlıq, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, suvarma avadanlıqları, qənnadı, ət, meyvə-tərəvəz, süd məhsulları, şirələr, çay, tütün və digər qida məhsulları və müvafiq sahədə xidmətlər təqdim ediləcək.
Əvvəlki illərdə olduğu kimi bu il də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müvafiq sərgilərdə iştirakına dəstək göstəriləcək. Belə ki, sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına KOB subyektlərinin məhsullarının tanıdılması üçün xüsusi stend qurulacaq.
Məhsul və xidmətlərini KOBİA-nın stendində sərgiləmək istəyən KOB-lar 7 may 2023-cü il tarixinə qədər aşağıdakı link vasitəsilə müvafiq formanı dolduraraq (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “Caspian Agro” və ya “İnterFood Azerbaijan” qeyd olunmalıdır) müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
3 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
-
- 11 d. əvvəl
-
21 d. əvvəl
Gələcək artıq buradadır! Sea Breeze-də Digital Residence-in inşasına başlanır.
- 1 saat əvvəl
-
2 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Ən çox oxunanlar
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti






























