50 min manatadək olan kreditlərin təxminən yarısı qədər pul batır
2022-ci ilin sonunda Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən kredit təşkilatlarına verilmiş kreditlərin məbləği 946 milyon 58 min manat təşkil edib.
Marja.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin yekunu ilə müqayisədə ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən kredit təşkilatlarına verilmiş kreditlər 26 milyon 2 min manat azalıb. Qeyd edək ki, Fondun güzştli kredirlərinin sahibkarlara verilməsində bank və bank olmayan kredit təşkilatları iştirak edir.
31 Dekabr 2022-ci il tarixində kredit təşkilatlarına verilmiş 946 milyon 58 min manat cəmi kreditin 246 milyon 719 min manatını və ya 26%-ni ehtimal olunan kredit zərərləri üzrə ehtiyat təşkil edib. Qalıq məbləğ (xalis kreditlər) 699 milyon 339 min manat olub.
2021-ci ilin sonunda 972 milyon 60 min manat cəmi kredilərin 26,3%-ni və ya 255 milyon 664 min manatını ehtimal olunan kredit zərərləri üzrə ehtiyat təşkil etmişdi. Qalıq məbləğ 716 milyon 396 min manat olmuşdu.
Fondun 946 milyon 58 min manat cəmi kredit portfelinin 704 milyon 173 min manatını və ya 74,4%-ni iri həcmli kreditlər (1 milyon 1 manat – 10 milyon manat civarında olan), 137 milyon 517 min manatını və ya 14,5%-ni orta həcmli kreditlər (50 min 1 manat – 1 milyon manat civarında), 104 milyon 368 min manatını və ya 11,1%-ni kiçik həcmli kreditlər (50 min manatadək) təşkil edib.
İri həcmli kredilərin 24,8%-ni və ya 174 milyon 380 min manatını ehtimal olunan kredit zərərləri üzrə ehtiyat təşkil edib. Həmçinin, ehtimal olunan kredit zərərləri üzrə ehtiyat orta həcmli kreditlərin (137 milyon 517 min manat) 19,2%-ni və ya 26 milyon 353 min manatını, kiçik həcmli kredilərin (104 milyon 368 min manat) isə 44%-ni və ya 45 milyon 986 min manatını təşkil edib.
Ötən il Fondun iri və kiçik həcmli kreditləri üzrə ehtiyatı azalıb, orta həcmli kreditlər üzrə artıb.
Kreditlərin keyfiyyətinə görə – ötən ilin sonundakı 246 milyon 719 min manat ehtiyatın 215 milyon 561 min manatını ödənişi 360 gündən çox gecikdirilmiş kredilər təşkil edib. 2021-ci ilin sonunda ödənişi 360 gündən çox gecikdirilmiş kredilərin məbləği 224 milyon 854 min manat təşkil etmişdi.
Ehtiyata vəsaitin ayrılılması kredit riskinin yarandığına işarədir. Kredit riski borcalanın öhdəliklərini vaxtında tam və ya qismən yerinə yetirməməsi nəticəsində zərərin yaranması riskidir. Verilən borcların qarşılığında ehtiyatın yaradılmasında məqsəd, borc qaytarılmadığı halda zərərin qarşılanmasıdır.
Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin 68%-i və ya 645 milyon 282 min manatı kənd təsərrüfatı sektoruna, 22%-i və ya 203 milyon 665 min manatı sənaye sektoruna, 10%-i və ya 97 milyon 111 min manatı xidmət sektoruna verilib.
Sahibkarlığın İnkişafı Fondu dövlətin dəstəyi ilə sahibkarlar üçün güzəştli kreditlər ayırır. Güzştli kreditlər sahibkarlara müvəkkil kredit təşkilatları (banklar və bank olmayan kredit təşkilatları) vasitəsilə verilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
16 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
16 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
17 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























