Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən qlobal iqtisadi artım zəifləyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) 2023-cü il “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatını açıqlayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdirinin müavini Günay Quliyeva hesabatı şərh edərək bildirib ki, dünyada iqtisadi artım göstəricisi 2022-ci ilin 3.4 faizlik artımı ilə müqayisədə azalaraq, 2023-cü il üçün 2.8 faiz proqnozlaşdırılır. 2024-cü il üçün bu göstərici 3 faiz həddində sabitləşəcək.
Hesabatda göstərilir ki, qabaqcıl iqtisadiyyatlarda iqtisadi artım 2022-ci ildəki 2,7 faizdən 2023-cü ildə 1,3 faizə qədər nəzərə çarpan bir nisbətdə yavaşlayacaq. Maliyyə sektorunun pisləşəcəyi alternativ ssenaridə göstəricilər daha da aşağı düşərək qlobal iqtisadiyyat üçün 2.5 faiz, qabaqcıl iqtisadiyyatlar üçün isə 1 faizdən aşağı olacağı proqnozlaşdırılır. Hesabatda həmçinin əmtəə qiymətlərinin düşməsi fonunda inflyasiyanın 2022-ci ildəki 8.7 faiz həddindən 2023-cü ildə 7 faiz həddinə qədər azalması ehtimal edilir.
BVF hesabatında Azərbaycan üçün 2023-cü il üçün iqtisadi artımı 3 faiz həddində proqnozlaşdırıb. Həmçinin ölkə üçün verilən proqnozlarda cari hesablar balansının müsbət olacağı və cari hesab balansı üzrə profisitin ümumi daxili məhsula (ÜDM) nisbətinin 19,2 % səviyyəsində olacağını proqnozlaşdırır. Bu isə region ölkələri ilə müqayisədə çox yüksək göstəricidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub














.jpg)










