2023-cü ilin ilk 3 ay üzrə neft-qaz göstəriciləri açıqlandı
2023-cü ilin 1-ci rübündə qaz hasilatı 3 faiz artıb
Energetika Naziriyinin yaydığı məlumatda bildirilir ki, 2023-cü ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 12,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 3,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 6,7 milyard kubmetri “Şahdəniz”dən, 2,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3 faiz, yəni 356 milyon kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 6,5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz çoxdur. Rüb ərzində Avropaya 2,9 milyard kubmetr, Türkiyəyə 2,7 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 1,4 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 207 milyard kubmetr, “Şahdəniz”dən isə 189 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 133 milyard kubmetrə yaxını ixraca nəql edilib.
2023-cü ilin 1-ci rübü üzrə ölkədə 7,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 4,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib.
Hesabat dövründə 6,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 5,8 milyon tonu konsorsiumun, 576 min tonu isə SOCAR-ın payına düşür.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2023-cü il tarixinədək 613 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 572 milyon ton neft, “Şahdəniz”dən isə 41 milyon ton kondensat çıxarılıb. Bundan 611 milyon tonu 01 aprel 2023-cü il tarixinədək ixraca nəql edilib.
2023-cü ilin yanvar-mart ayları üzrə ölkədə neftin emalı 1,7 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 140 min ton çox olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
47 d. əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
14 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
16 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
16 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
17 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 17 saat əvvəl
-
17 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 17 saat əvvəl
Son Xəbərlər

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
