“ASAN xidmət” ödənişlərini ABB mobile ilə növbəsiz ödə!
(®️) “ASAN xidmət” mərkəzlərində bəzi ödənişləri də artıq kassada növbə gözləmədən ABB mobile tətbiqi ilə onlayn yerinə yetirmək olar.
Azericard prosessinq mərkəzinin bu günlərdə istifadəyə verdiyi “tezödə” xidməti buna şərait yaradır. Bu imkan hələlik şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərinə aiddir. Belə bir imkandan faydalanmaq üçün istifadəçilər ABB mobile tətbiqində “tezödə” funksiyasını aktivləşdirməlidirlər.
Hazırda “tezödə” xidməti istifadəçilərə başqa bir üstünlük də təqdim edir. Mastercard istifadəçiləri “tezödə” ilə apardıqları ödənişlərdən əlavə keşbek qazanırlar. Bunun üçün istifadəçinin ABB mobile tətbiqində istənilən Mastercard kartını seçib kart məlumatları hissəsində “tezödə”-ni aktivləşdirməsi kifayətdir. Ondan sonra kampaniya dövründə hər ASAN xidmət ödənişi istifadəçiyə 3 manat keşbek gətirir və müştəri komissiya haqqı da ödəmir. Kampaniya 30 iyuna qədər davam edəcək. “tezödə” funksiyası barədə ətraflı məlumatları buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
6 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 8 saat əvvəl
-
8 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















