Dövlət Vergi Xidməti tələbələri öyrədəcək - “Yay Təcrübə Proqramı”na qəbul başladı
Onlara 7 gün müddətində peşəkar təlimçilər tərəfindən vergi inzibatçılığı və digər mövzularda təlimlər təşkil olunacaq. Daha sonra tələbələr Dövlət Vergi Xidmətinin Bakıda və regionlarda yerləşən struktur bölmələrində 8 həftə müddətində təcrübə keçəcəklər.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) mart ayının 27-dən başlayaraq ali təhsil müəssisələrinin tələbələri üçün iki hissədən ibarət olan sayca ikinci “Yay Təcrübə Proqramı”na qəbul elan edir.
Proqramda iştirak etmək istəyən tələbələr qeyd olunan tarixdən etibarən Dövlət Vergi Xidmətinə müraciət etməklə proqramın seçim turlarına qoşula bilərlər.
“Yay Təcrübə Proqramı”nın seçim turu 3 mərhələdən ibarət olacaq. 1-ci mərhələ sənəd qəbulu üzrə ilkin yoxlamanın aparılması, 2-ci mərhələ namizədlərin özünütəqdimat video çıxışlarının dəyərləndirilməsi, 3-cü mərhələ isə namizədlərin keys əsaslı qrup tapşırıqları üzrə qiymətləndirilməsi ilə bağlıdır.
Hər üç mərhələdən uğurla keçən namizədlər 7 gün müddətində DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil ediləcək yay düşərgəsində iştirak hüququ qazanacaqlar. Tədris Mərkəzində onlara peşəkar təlimçilər tərəfindən vergi inzibatçılığı və digər mövzularda təlimlər təşkil olunacaq. Daha sonra tələbələr DVX-nın Bakıda və regionlarda yerləşən struktur bölmələrində 8 həftə müddətində təcrübə keçəcəklər. “Yay Təcrübə Proqramı” 7 iyul 2023-cü il tarixdən 8 sentyabr 2023-cü il tarixədək davam edəcək.
Proqramda iştirak üçün sənəd qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə maetın 27-dən aprelin 30-dək həyata keçiriləcək. Müraciətlər göndərilərkən (mövzu hissəsində “Yay Təcrübə Proqramı 2023” qeyd etməklə) şəxsiyyət vəsiqəsi, tələbə bileti və akademik transkript mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır.
Proqramda iştirak etmək üçün namizədlərə olan tələblər:
-Azərbaycan Respublikasının vətəndaşı olmalı;
-yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində, yaxud 1-ci və ya 2-ci kurs magistratura pilləsində iqtisadiyyat, hüquq, idarəetmə ixtisas istiqamətləri üzrə təhsil almalı;
-cari tədris ilinin payız semestri üzrə ümumi orta müvəffəqiyyət göstəricisi 80 baldan (4 ballıq sistem üzərindən 3 baldan) yuxarı olmalıdır.
“Yay Təcrübə Proqramı”nın əsas məqsədi tələbələrin bilik və bacarıqlarının artırılmasına, şəxsi inkişafına dəstək verməkdir. Tələbələr təcrübə proqramı vasitəsilə nəzəri biliklərini praktikada tətbiq etmək, vergi sahəsində yeni bilik və bacarıqlar formalaşdırmaq imkanı qazanacaqlar. Ötən il “Yay Təcrübə Proqramı”nda yüksək nəticələr əldə etmiş tələbələrdən 3-ü işə qəbul üzrə müsabiqədən uğurla keçərək DVX-nın ehtiyat kadrlar bazasına daxil edilib.
Ətraflı məlumat üçün linkə keçid:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
11 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
12 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
13 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























