69 milyard dollarlıq satınalmaya "yaşıl işıq" yandırılır
Britaniya hakimiyyəti Microsoft-un Activision-ı satın almasına yol açır.Böyük Britaniyanın Rəqabət və Bazarlar Təşkilatı (CMA) Microsoft-un Activision Blizzard-ı alması ilə bağlı apardığı araşdırmanı yekunlaşdırmaqdadır. Təşkilat satınalmanın rəqabətə zərər verməyəcəyini açıqlayıb.
Marja xəbər verir ki, əvvəlki hesabatında Microsoft-un Activision Blizzard-ı 69 milyard dollara satın almasının rəqabətə mənfi təsir göstərə biləcəyindən "narahat olduqlarını" qeyd edən CMA, son hesabatında satınalmanın rəqabətə zərər verəcəyinə "inanmadıqlarını" bildirib.
CMA-nın son hesabatını şərh edən Microsoft sözçüsü deyib: "Biz CMA-nın ciddi və hərtərəfli araşdırmasını yüksək qiymətləndiririk. Bu razılaşma daha çox oyunçuya Call of Duty-də və onların sevimli oyunlarını necə oynayacaqlarında daha çox seçim verəcək. Biz hər hansı mühüm narahatlığı həll etmək üçün CMA ilə işləməyi səbirsizliklə gözləyirik"
CMA-nın satınalma ilə bağlı davam edən araşdırmasının yekun hesabatının 26 aprel 2023-cü il tarixinə qədər dərc olunması gözlənilir.
Xbox-ın sahibi olan Microsoft, 2022-ci ilin yanvarında oyun sənayesi tarixində ən böyük alış sövdələşməsində Activision-u 68,7 milyard dollara almağa razılaşdığını açıqlayıb. Bu açıqlamadan sonra tənzimləyici orqanlar, o cümlədən Britaniya Rəqabət və Bazarlar İdarəsi Microsoft-un Activision Blizzard-ı satın almasının rəqabətə mənfi təsir göstərə biləcəyindən narahat olduqlarını bildirmişdilər.
8 dekabr 2022-ci ildə ABŞ Federal Ticarət Komissiyası (FTC) alışı dayandırmaq üçün şikayət etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)












.jpg)



