Dolların ucuzlaşması ilə qızıl daha da bahalaşdı
Cümə axşamı axşam qızılın qiyməti, dolların zəifləməsi və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin azalması fonunda artır.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 22.40-a olan məlumata görə, Nyu-Yorkun Comex birjasında qızılın dekabr fyuçerslərinin qiyməti 56.25 dollar və ya 2.9% artaraq 1 troya unsiyası üçün 2006.45 dollar təşkil edib. Gümüşün dekabr fyuçersləri 2,4% artaraq bir unsiya üçün 23.33 dollar təşkil edib.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,14% azalaraq 102 bənd təşkil edib. Dolların zəifləməsi qızılı digər valyutalarda almaq üçün daha əlverişli edir.
Qızılın unsiyasının qiymətinin qısa müddətdə 2010 dollaradək qalxacağı proqnozlaşdırılır.
ABŞ valyutası avro və yen daxil olmaqla altı əsas valyuta qarşısında ABŞ Mərkəzi Bankının (FED) faiz qərarından sonra düşür. Çərşənbə günü mart iclasında gözlənildiyi kimi FED faiz dərəcələrini 0,25 faiz bəndi də artırdı, inflyasiyanın aşağı salınması və ən azı bu il faizlərini azaltmayacağına dair öhdəliyini təkrarladı. Ötən il faizlərin 4 dəfə 0,75 bənd, ardınca 0,50 bənd, son iki iclasda isə, 0,25 bənd artırılması FED-in faizlərin yüksəldilməsi dövrünün sonuna yaxınlaşdığı kimi şərh olunur və bu da Dolların ucuzlaşmasına səbəb olur.
Son iki həftə ərzində maliyyə bazarlarını sarsıdan ABŞ bank böhranından sonra FED-in artım dövrünə fasiləyə verəcəyi və ya bunu faizlərini daha bir dəfə 0,25 bənd artıraraq edəcəyi barədə fərziyyələr yaranıb.
FED 2020-ci ilin mart ayında başlayan koronavirus pandemiyasından sonra 0,25 səviyyəsinə saldığı maksimum faizini ötən ilin Mart ayından başlayaraq 4,75 bənd artıraraq 5%-ə çatdırıb. Faizlər son 12 ay ərzində doqquz dəfə artırılıb. FED-in faizlərini artırmasında fasilə ola bilər. Belə bir vəziyyət dollar üçün mənfi və qızıl üçün isə olduqca müsbətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)







