Azərbaycanın hakim partiyasının mənfəəti 4 dəfədən çox artıb
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) 2022-ci ili 10 milyon 916 min manat mənfəətlə başa vurub.
Partiyanın maliyyə hesabatına görə, bu, 2021-ci ilə nisbətən 4,35 dəfə çoxdur.
Ötən il YAP-ın gəlirləri 26 milyon 794 min manat (əvvəlki illə müqayisədə 2 dəfə çox), o cümlədən üzvlük haqlarından gəlirləri 22 milyon 978 min manat (2,1 dəfə çox), əmlakından gəlirləri 242 min manat (10,5 % çox), tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, buna bənzər digər fəaliyyətlərdən gəlirləri 337 min manat (əvvəlki il olmayıb), ianələrdən gəlirləri 8 min manat (əvvəlki il olmayıb), dövlət büdcəsindən ayrılmış vəsait hesabına gəlirləri 2 milyon 403 min manat (27,3 % çox), digər gəlirləri isə 826 min manat (35,9 dəfə çox) təşkil edib.
Hesabat dövründə Partiyanın xərcləri isə 15 milyon 878 min manat ( 49,1 % çox), o cümlədən cari xərcləri 1,5 milyon manat (3 dəfə çox), saxlanma və informasiya təminatı xərcləri 13 milyon 606 min manat (48 % çox), aşağı təşkilatlara ödəncləri 1 min manat (əvvəlki il olmayıb), fərdi xərcləri 135 min manat (2,6 dəfə çox), sair xərcləri isə 636 min manat (30,2 % az) olub.
Bu il yanvarın 1-nə YAP-ın aktivləri 40 milyon 636 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 37 % çoxdur. Hesabat dövründə Partiyanın öhdəlikləri 66,2 % artaraq 128 min manata, balans kapitalı isə 36,9 % artaraq 40 milyon 508 min manata çatıb.
Xatırladaq ki, YAP-ı 1992-ci ildə sabiq prezident Heydər Əliyev yaradıb. 1993-cü ildən hakimiyyətdə olan Partiya təxminən 775 min üzvü olduğunu bəyan edir.
© Reprot
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















