Bu ilin ilk 2 ayı ərzində 80 mindən çox "kupça" verilib
2023-cü ilin ilk 2 ayı ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 59,6% artıb.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin statistik göstəricilərinə əsasən, 2023-cü ilin yanvar-fevral ayları ərzində 80 274 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,6% çoxdur.
Cari ilin ilk 2 ayı ərzindəki göstəricinin 13 613-ü (17%) ilkin, 66 661-i (83%) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-fevral ayları ərzində ilkin qeydiyyat 16,5% artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların sayı artıb
2023-cü ilin yanvar-fevral ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 7 300-ü fərdi yaşayış və bağ evi, 13 915-i mənzil, 57 297-si torpaq sahəsi, 506-sı qeyri-yaşayış binası, 1 141-i qeyri-yaşayış sahəsi, 89-u əmlak kompleksi, 26-sı isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 13 803-ü Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
Torpaq sahələrinin ilkin qeydiyyatı artıb
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-fevral ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 3,1% artaraq 5 847 olub.
2023-cü ilin ilk 2 ayı ərzində texniki pasportun və ipoteka müqavilələrinin sayı artıb
Bu dövrdə 68 883 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu 74,1% artım deməkdir. Qeydiyyata alınan ipoteka müqavilələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 22,8% artaraq 12 102 olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)





.jpg)



